Koutinyo Premyer Liqaya qayıdır

26-05-2020, 12:32 187 dəfə baxılıb

Filipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

"Çelsi" futbolçunun xidmətində maraqlıdır.

Mövsümü icarə əsasında "Bayern Münich"də keçirən braziliyalının komandada qalmayacağı bildirilir. Müqavilə ilə məxsus olduğu "Barselona" isə futbolçunu satmaq və ya yenidən icarəyə verməyi planlaşdırır.

27 yaşlı yarımmüdafiəçi ilə daha əvvəl "Mançester Yunayted" də maraqlanırdı. Ancaq Koutinyo üçün London klubunun daha israrlı olduğu vurğulanıb.

Qeyd edək ki, futbolçu 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR