Ermənistan Futbol Federasiyasının sabiq prezidenti həbs olunur

27-05-2020, 16:21 202 dəfə baxılıb

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyanın adı axtarışda olan şəxslərin siyahısına salınıb.

"Report"un məlumatına görə, bu barədə 57 yaşlı funksionerin vəkili Amran Makinyan özünün "Facebook" səhifəsində yazıb.

O bildirib ki, müvəkkilinin yeri məlum olsa da, Ermənistan İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi mayın 26-da Ayrapetyanla bağlı bu cür qərar verib. Vəkilin fikrincə, bu ilin martından səhhəti ilə bağlı ölkə xaricində müalicə alan iş adamının Ermənistana qayıtması üçün həllolunmaz maneələr mövcuddur.

Artıq Ayrapetyan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə ərizə təqdim edilib.

Qeyd edək ki, Ruben Ayrapetyanla oğlu özbaşınalıq, qəsdən və qanunsuz azadlıqdan məhrum etmə, qəsb və insan sağlamlığına zərər vurmaqda ittiham olunurlar. Mayın 21-də hər iki şəxsə cinayət işi açılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR