“Mançester Yunayted” İqalo ilə müqaviləni uzatdı

3-06-2020, 10:27 260 dəfə baxılıb

"Mançester Yunayted" müqavilə ilə Çinin "Şanxay Şenxua" klubuna məxsus olan Odion İqalonun icarə müddətini uzadıb.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. İcarə müqaviləsi mayın 31-də bitən İqalo 2021-ci ilin yanvar ayının sonunadək "qırmızı şeytanlar"da çıxış edəcək.

Qeyd edək ki, bu ilin yanvar ayından "Mançester Yunayted"də oynayan 30 yaşlı hücumçu, 8 matçda 4 qol vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR