İngiltərə Premyer Liqasında 5 oyunçu dəyişikliyi təsdiqləndi

5-06-2020, 18:46 246 dəfə baxılıb

İngiltərə Premyer Liqasında bu mövsümün qalan hissəsində 5 oyunçu dəyişikliyinə icazə verilməsi təsdiqlənib.

Bu barədə Premyer Liqanın saytı məlumat yayıb. Bildirilib ki, komandalar qalan matçlarda 5 əvəzetmə edə biləcək və ehtiyat oyunçuların sayı 7-dən 9-a yüksəldiləcək.

Qeyd edək ki, koronavirus səbəbindən təxirə salınan İngiltərə Premyer Liqası iyunun 17-i bərpa olunacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR