Nurməhəmmədovun meneceri Makqreqoru ifşa etdi: “Darıxdırıcı gecə olub...”

9-06-2020, 15:08 236 dəfə baxılıb

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov Konor Makqreqorun karyerasına yekun vurmasına münasibət bildirib.

TASS agentliyinə müsahibə verən menecer K.Makqreqorun son açıqlamasını özünü yada salmaq kimi qiymətləndirib.

“Xeyr, karyerasını yekunlaşdırmaqdan söhbət gedə bilməz. Görünür, darıxdırıcı gecə olub və özünü xatırlatmaq qərarına gəlib”.

Qeyd edək ki, iki gün əvvəl Konor Makqreqor “Twitter” hesabında karyerasını başa vurduğunu elan edib. Məşhur döyüşçü ilk dəfə deyil ki, oxşar açıqlama ilə gündəmə gəlir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR