Neymar PSJ ilə anlaşdı, "Barselona"ya qayıdır

6-07-2020, 10:07 262 dəfə baxılıb

Fransanın PSJ klubunun hücumçusu Neymar "Barselona"ya transfer olunmaq üçün Paris klubu ilə anlaşıb.

AS-ın məlumatına görə, anlaşmaya görə, Kataloniya klubu bu yay braziliyalı futbolçunu heyətinə qatmaq istəsə, PSJ onun keçidinə mane olmayacaq.

PSJ isə Neymardan mövsümün sonuna qədər komandada qalmasını və UEFA Çempionlar Liqasında öhdəliklərini yerinə yetirib, ən yaxşı şəkildə çıxış etməsini istəyib.

"Barselona" keçən yay da Neymarı heyətinə qatmaq istəmiş, lakin bu transfer baş tutmamışdı.

Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR