Vaqner Lavın yeni klubu bilindi

8-07-2020, 10:25 306 dəfə baxılıb

Braziliya yığmasının sabiq hücumçusu Vaqner Lavın yeni iş yeri müəyyənləşib.

O, Qazaxıstanın Kayrat klubuna transfer olunub.

Artıq Qazaxıstana gələn və koronavirus testindən də uğurla keçən futbolçu tezliklə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Vaqnerin son klubu Corinthians olub. Braziliya klubu ilə müqaviləsini ötən ay ləğv edən 36 yaşlı forvard, karyerası ərzində Palmeiras, Flamengo, Monaco, ÇSKA Moskva, Shandong Luneng, Alanyaspor və Beşiktaş klublarının da formasını geyinib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR