"Beşiktaş" dördüncü pilləyə yüksəldi

10-07-2020, 10:37 291 dəfə baxılıb

İyulun 9-də futbol üzrə Türkiyə çempionatının XXXI turunun sonuncu gün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.

Maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini 3:2 hesabı ilə məğlub ediblər. "Beşiktaş"ın həyətində qolları Tayler Boyd (6), Kevin Prins Boatenq (49) və Güvən Yalçın (90) vurub. Qonaqların heyətində isə Benqali Fode Koyta (21, 29) iki dəfə fərqlənməyi bacarıb.

Beləliklə, "Beşktaş" bu qələbə nəticəsində dördüncü pilləyə yüksələrək avrokuboklarda iştirak etmək hüququnu qazanmağa çox yaxındır.

Günün digər görüşündə "Rizəspor" doğma meydanda "Kayserispor" 3:2 hesabı ilə üstələyib. "Konyaspor" isə səfərdə "Qaziantep"ə 3:1 hesabı ilə uduzub.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Beşiktaş" klubu isə 53 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (52 xal), "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR