Messidən növbəti rekord göstərici

12-07-2020, 13:56 273 dəfə baxılıb

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasında yeni rekorda imza atıb.

Argentinalı futbolçu sözügedən çempionatda bir mövsüm ərzində 20-dən çox qola və məhsuldar ötürməyə imza atıb.

O, buna La Liqanın 36-cı turu çərçivəsində qarşılaşdıqları "Valladolid"lə oyunda komandasının vurduğu yeganə qolun ötürməsini verməklə nail olub.

Hazırda Messinin hesabında 22 qol, 20 məhsuldar ötürmə var.

21-ci əsrdə Avropanın beş aparıcı çempionatı arasında belə bir rekorda 2002/03 mövsümündə Tyerri Anri imza ata bilmişdi. O, "Arsenal"ın heyətində 24 qola imza atmış, 20 məhsuldar ötürmə müəllifi olmuşdu.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR