Həbibin peşəkar karyerasında son rəqibi o döyüşçü olacaq

29-07-2020, 08:56 258 dəfə baxılıb

Dağıstanlı MMA çempionu Həbib Nurməhəmmədovun karyerasında son potensial rəqibi proqnozlaşdırılıb.

"Ultimate Fighting Championship"in təşkilatçısı Dana Uayt avar döyüşçünün son rəqibinin kanadalı Corc Sent-Pier ola biləcəyini açıqlayıb.

"İndi Həbib Qatji ilə döyüş haqqında düşünür. 30-cu döyüşdə kimin rəqibi olacağını bilmirəm. Konor Makqreqorun həmişə bu mübarizəni arzuladığını bilirəm. Sent-Pier ilə vuruşmaq? Əlbəttə ki, bu, onun karyerasında son mübarizə ola bilər" - Uayt bildirib.

Qeyd edək ki, Nurməhəmmədovla Qatji arasında sentyabr ayında son döyüş keçirilməsi planlaşdırılırdı, ancaq çempionun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun koronavirus səbəbilə ölümündən sonra planlar dəyişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR