"İbrahimoviçlə tezliklə müqavilə bağlamaq istəyirik"

27-08-2020, 12:33 327 dəfə baxılıb

"Milan"ın idman direktoru Paulo Maldini Zlatan İbrahimoviçin komandadakı gələcəyi ilə bağlı növbəti açıqlama verib.

O, isveçli hücumçu ilə yeni müqavilə bağlamağa çalışdıqlarını deyib:

"Razılığa gəlmək üçün çox çalışırıq. "Milan" 20 gündən sonra mövsümə başlayacaq. Hazırlaşmaq üçün çox vaxtımız olacağını bilirik. Fikrimiz İbrahimoviçlə tezliklə müqavilə bağlamaqdır. Komandada B, hətta C, D planlarının olması müsbət haldır. Lakin İbrahimoviç bizim prioritetimizdir".

Z.İbrahimoviç bu ilin yanvarında "Milan"a keçib. O, 2019/2020 mövsümünün ikinci yarısından meydana çıxdığı 18 oyunda 11 qol vurub və 5 qolun ötürməsini verib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR