PSJ Silvanın ayrılığını açıqladı

28-08-2020, 10:57 327 dəfə baxılıb

PSJ kapitanı Tiaqo Silvanın komandadan ayrıldığını rəsmən açıqlayıb.

Paytaxt klubu bu barədə rəsmi saytında məlumat yayıb. Paris təmsilçisi 35 yaşlı müdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb.

T.Silva 2012-ci ildən PSJ-də çıxış edirdi.

Qeyd edək ki, T.Silva azad agent kimi "Çelsi"yə keçməyə yaxındır. London klubunun braziliyalı oyunçu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR