“O, dünyanın ən yaxşı yarımmüdafiəçisidir”

29-08-2020, 16:45 361 dəfə baxılıb

"Barselona"nın sabiq futbolçusu Xavi Ernandes "Mançester Siti"nin oyunçusu Kevin de Brüyneni dünyanın ən yaxşı yarımmüdafiəçisi hesab edir.

Hazırda Qətərin "Əl-Sədd" komandasına baş məşqçilik edən 40 yaşlı mütəxəssis 29 yaşlı belçikalını digərlərindən fərqləndirib:

"De Brüyne dünyanın ən yaxşı yarımmüdafiəçisidir".

Qeyd edək ki, K. De Brüyne ötən mövsüm Premyer Liqada 20 qolun ötürməsini verməklə "Arsenal"ın keçmiş hücumçusu Terri Anrinin rekordunu yeniləyib. Bundan əlavə o, 13 dəfə fərqlənməyi də bacarıb.

Bruyne ötən mövsüm üçün Premyer Liqanın ən güclü futbolçusu seçilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR