Arsenal Sebalyosla bağlı qərarını verdi

4-09-2020, 12:23 470 dəfə baxılıb

Son mövsümü icarə əsasında Arsenal-da keçirən, müqavilə ilə Real Madrid-ə məxsus olan Dani Sebalyos daha bir il London klubunun formasını geyinəcək.

"Topçular" ispaniyalı yarımmüdafiəçini bir illik icarəyə götürəcək. Keçidin yaxın zamanda rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Real-la müqaviləsi 2023-cü ilin yayına qədər olan Sebalyos, son mövsümdə Arsenal-la Premyer Liqada 24 oyuna çıxıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR