"Real Madrid"də ciddi itki

8-09-2020, 14:07 318 dəfə baxılıb

İspaniya millisinin və Real Madrid-in futbolçusu Serxio Regilon zədələnib.

24 yaşlı müdafiəçi Millətlər Liqasının II turunda evdə Ukraynanı 4:0 hesabı ilə məğlub etdikləri matçda xəsarət alıb.

Oyunçu ayaq biləyindən zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Serxio Regilon 2019/2020 mövsümündə icarə əsasında Sevilla-da oynayıb. O, komanda ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi Sevilla-nın heyətində 38 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR