"Yuventus" Ronaldunu satmağı planlaşdırır

10-11-2020, 10:20 201 dəfə baxılıb

"Yuventus" futbolçusu Kriştianu Ronaldunu satmaq istəyir.

Bu barədə sport.es saytı yazıb. Bildirilib ki, klub 35 yaşlı hücumçu ilə müqaviləni yeniləmək fikrində deyil və onu sözləşmənin bitməsindən bir il əvvəl - gələn yay satışa çıxarmağı planlaşdırır. Xəbərdə Turin təmsilçisinin koronavirus pandemiyası səbəbindən portuqaliyalı oyunçuya illik 31 milyon avro maaş ödəməkdə çətinlik çəkdiyi vurğulayıb.

"Yuventus"un 2018-ci Ronaldunun transferi üçün "Real"a ödədiyi 100 milyon avronun bir hissəsini onu sataraq geri almağa çalışacağı iddia olunur.

Qeyd edək ki, Ronaldu bu mövsüm A seriyasında 4 matçda 6 qol vurub, 1 qolun ötürməsii verib. Hücumçunun "Yuventus" la müqaviləsi 2022-ci ilin yayında başa çatır. Transfermarkt, Portuqaliya millisinin üzvünün dəyərini 60 milyon avro olaraq qiymətləndirir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR