İbrahimoviçin durumuna aydınlıq gəldi

24-11-2020, 13:38 205 dəfə baxılıb

İtaliya A seriyasının VIII turunda "Napoli" üzərində səfər qələbəsi qazanan "Milan" (3:1) əvəzində aparıcı futbolçusu Zlatan İbrahimoviçi itirib.

İveçli superulduz matçın 79-cu dəqiqəsində zədələnərək əvəzlənib.

39 yaşlı qol "silahı"nın durumuna aydınlıq gəlib. İlkin diaqnoza əsasən sol ayaq əzələlərində problem aşkarlanan İbra 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Lakin dəqiq məlumat növbəti tibbi müayinədən sonra veriləcək.

Qeyd edək ki, "Napoli" ilə görüşdə dubl edən İbrahimoviçin aktivində cari mövsüm A seriyasında 10 qol var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR