Madrid klubu Çalhanoğlunu istəyir

28-12-2020, 14:37 188 dəfə baxılıb

İspaniya nəhəngi "Atletiko Madrid" "Milan"da əla performans sərgiləyən Hakan Çalhanoğlu ilə yaxından maraqlanır.

Madrid təmsilçisi 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün hərəkətə keçib. "Milan"ın müqaviləsi cari mövsümün sonunda başa çatan Hakanı pulsuz göndərməmək üçün klublarla danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, "Milan" dəyərli futbolçusunu buraxmaq istəməsə də, hələ ortaq qərara gələ bilməyiblər. Bundan əlavə, "Mançester Yunayted" də uzun müddətdir ki, türkiyəli ulduzla maraqlananlar arasındadır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR