Messi Ronalduya heyran olduğunu etiraf etdi

29-12-2020, 17:16 227 dəfə baxılıb

"Barselona"nın hücumçusu Lionel Messi heyran olduğu idmançıların adlarını açıqlayıb.

Bu barədə ulduz futbolçu "La Sexta" telekanalına müsahibəsi zamanı bildirib.

Messinin siyahısına "Yuventus"un hücumçusu Kriştianu Ronaldu, tennisçilər Rafael Nadal və Rojer Federer, həmçinin basketbolçu Lebron Ceyms daxil olub.

"Hər idman növündə seçilən və öz işi, hər gün etdikləri ilə heyranlığa layiq olan idmançılar var. Futbolda Kriştianu Ronaldudur. Onlar çoxdur, mən seçilən bir çox idmançıya heyranam", - deyə L.Messi bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR