Millimizin sabiq üzvü Fransa klubunda

9-01-2021, 17:03 173 dəfə baxılıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın "Klermon" klubuna transfer olunub.

18 yaşlı qapıçı yeni klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, onun ilk peşəkar sözləşməsidir. O, "Klermon"un ikinci və U-19 komandasında çıxış edəcək.

Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi.

Qeyd edək ki, E. Tağızadə Azərbaycanda "Neftçi"nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. O, son olaraq İspaniyada "Fundacion Marcet" futbol akademiyasında oynayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR