Ronaldu rəsmi oyunlarda vurduğu qollar sayına görə rekordsmen oldu

11-01-2021, 17:45 200 dəfə baxılıb

Ronaldu rəsmi oyunlarda vurduğu qollar sayına görə rekordsmen oldu


İtaliyanın "Yuventus" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu rəsmi matçlarda vurduğu qol sayına görə rekordu təkrarladı.

Futbolçu İtaliya çempionatında ötən gün "Sassuolo"ya qarşı matçda (3:1) fərqlənib.

35 yaşlı hücumçu üçün bu oyunda vurduğu qol karyerasında 759-cu oldu. Eyni göstərici 1950-ci illərə qədər Avstriya və Çexoslovakiya yığmalarının heyətində oynayan hücumçu Yozef Bitsanın hesabındadır. Bundan əvvəl Ronaldu 757 qolla Peleni geridə qoyub.

Ronaldu 2018-ci ilin iyulundan "Yuventus"da, daha əvvəl isə İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Yunayted" və Portuqaliyanın "Sportinq" klublarında oynayıb. Futbolçu beş qat "Qızıl Top" mükafatının sahibi, həmçinin beş qat Çempionlar Liqasının qalibi və Avropa çempionudur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR