Karantin qaydalarını pozub qonaqlıq etdi, polis gələndə pəncərədən qaçdı

22-01-2021, 10:24 190 dəfə baxılıb

Karantin qaydalarını pozub qonaqlıq etdi, polis gələndə pəncərədən qaçdıMönhenqladbaxın "Borussiya" klubunun futbolçusu Breel Embolo xoşagəlməz hadisənin iştirakçısı olub.

 Almaniya təmsilçisinin 23 yaşlı forvardı Essenin koronavirus səbəbindən qapalı olan restoranlarından birindəki qonaqlıqda iştirakda ittiham edilir. 

Yığıncağa ümumilikdə 23 nəfər qatılıb. Polis hadisə yerinə gəldikdə bir nəfər pəncərədən dama qaçıb. O, qonşu mənzilin pəncərəsindən içəri daxil olub. Polis əməkdaşları həmin evin qapısını sındırmaqla içəri daxil olduqda hücumçunu tapıb: "O, mənzildə tək idi. Belə ehtimal edirik ki, qaçan da məhz Embolo olub".

Qeyd edək ki, Embolo hərəkətinə görə XVII turun "Verder"lə görüşünün heyətindən kənarlaşdırılıb. Buna səbəb hücumçunun koronavirus qaydalarını pozmasıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR