Danimarka klubu Azərbaycan yığmasının müdafiəçisini almaq istəyir

26-01-2021, 21:19 185 dəfə baxılıb

Danimarka klubu Azərbaycan yığmasının müdafiəçisini almaq istəyirDanimarkanın "Vayle” klubu millimizin və "Sabah”ın futbolçusu Bəhlul Mustafazadəni transfer etmək istəyir.

Bu barədə Danimarka mətbuatı məlumat yayıb.

Yutlandiya yarımadasında yerləşən Vayle şəhərinin klubu 27 yaşlı xorvat yarımmüdafiəçi Denis Kolinqeri transfer etsə də, bu qış müdafiə xəttinin də gücləndiriləcəyi deyilir.

Bunun üçün Danimarka Super Liqa klubu 23 yaşlı mərkəz müdafiəçisi olan Bəhlulu istəyir. Klub daha sonra almaq şərti ilə onu icarəyə götürmək istəyir.

Xatırladaq ki, Bəhlul Mustafazadənin adı 2019-cu ilin aprelində Şotlandiya nəhəngləri – "Seltik” və "Reyncers” klubları ilə də yanaşı çəkilib. Oxu.Az

Qeyd edək ki, rumıniyalı Konstantin Qılkenin baş məşqçisi olduğu komanda hazırda Danimarka Super Liqasının debütantıdır. Komanda hazırda 13 turdan sonra 15 xalla 10-cu sıradadır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR