Neymardan PSJ-dəki gələcəyi ilə bağlı açıqlama

1-02-2021, 18:00 184 dəfə baxılıb

Neymardan PSJ-dəki gələcəyi ilə bağlı açıqlamaPSJ-nin hücumçusu Neymar klubdakı gələcəyi haqda danışıb.

Braziliyalı oyunçu Paris klubunda qalmaq istədiyini deyib:

"İndi xoşbəxtəm. Bu, həqiqətən belədir. Çox şey dəyişdi, səbəbini dəqiq izah edə bilmirəm. Ancaq bu gün özümü yaxşı hiss edirəm. Daha sakit oldum. PSJ-də qalmaq istəyirəm. Kilianın da qalmasının tərəfdarıyam. PSJ-nin güclü bir komanda olmasını hədəfləyirik. Futbol oynamağa davam etmək və xoşbəxt olmaq istəyirəm. Ən başlıcası budur".

Neymarın klubla müqaviləsini yeniləməyə razı olduğu bildirilir. Tərəflər yaxın vaxtlarda yeni bir müqavilə imzalayacaqlar.

 

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR