Amerikalı məşhur boksçu vəfat etdi

14-03-2021, 21:01 152 dəfə baxılıb

Amerikalı məşhur boksçu vəfat etdiAmerikalı boksçu, orta çəki üzrə keçmiş mütləq dünya çempionu Marvin Haqler 66 yaşında vəfat edib.
 
Axar.az xəbər verir ki, bu barədə idmançının həyat yoldaşı Kay Haqler Feysbuk səhifəsində yazıb.
 
Boksçunun ölüm səbəbi məlum deyil.
 
Marvin Haqler tarixin ən yaxşı orta çəki boksçularından biri olub. O, 1980-1987-ci illərdə mütləq dünya çempionu olub. Ümumilikdə, peşəkar rinqdə Haqler 67 döyüş keçirib. Bunlardan 62-si qələbə (52 nokaut), 3-ü məğlubiyyət və 2-si heç-heçə ilə nəticələnib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR