Mayk Tayson növbəti döyüşünün tarixini açıqlayıb

19-03-2021, 13:42 220 dəfə baxılıb

Mayk Tayson növbəti döyüşünün tarixini açıqlayıbAğır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson növbəti döyüşünün vaxtını açıqlayıb.

Amerikalı döyüşçü mayın 29 və ya 31-də Mayamidə yenidən rinqə çıxacağını bildirib.

"Dəmir Mayk" rəqibinin kim olacağına aydınlıq gətirməyib.

Xatırladaq ki, Taysonun son döyüşü ötən ilin noyabr ayında baş tutub. O, yarımağır çəkidə keçmiş dünya çempionu Roy Cons ilə yurmuqlaşıb. Səkkiz raundluq qarşılaşma heç-heçə ilə başa çatıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR