"Messi və Ronaldunun səviyyəsindən çox uzağam"

23-03-2021, 22:25 166 dəfə baxılıb

"Messi və Ronaldunun səviyyəsindən çox uzağam"Dortmund "Borussiya"sının futbolçusu Erling Haaland "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un oyunçusu Kriştianu Ronaldu ilə müqayisə edilməsi haqqında danışıb.

 20 yaşlı hücumçu deyib:

"Jurnalistlər bu barədə çox yazıblar. Amma mən diqqətimi başqa şeylərə cəmləyirəm. Hər gün oyunumu daha da yaxşılaşdırmaq istəyirəm. Ronaldu və Messi haqqında danışmağa ehtiyac yoxdur. Onlar tarixin ən yaxşılarıdırlar. Hələ onların səviyyəsindən çox uzağam".

Qeyd edək ki, Haalan ötən ilin yanvar ayında "Zalsburq"dan "Borussiya"ya köçüb.  O, bu müddət ərzində 49 matça çıxaraq, 49 ol vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR