Zabit Səmədov rinqə qayıdır

18-05-2021, 15:51 150 dəfə baxılıb

Zabit Səmədov rinqə qayıdırAzərbaycanlı kikboksçu Zabit Səmədov yenidən rinqə qayıdır.

Bu barədə oxu.az-a idmançının özü danışıb.

Zabit iyunun 12-də Belarusda rinqə çıxacaq. Artıq onun rəqibi də bəllidir. Bu, Nigeriya əsilli Niderland vətəndaşı olan Olutobi Ayodeci Kalecaiyedir.

"Dəli it" ("Mad Dog") ləqəbli idmançı MMA döyüşlərinin də iştirakçısıdır. O, sonuncu dəfə 2018-ci ilin martın 3-də italiyalı Ernesto Papaya qalib gəlib.

Ümumiyyətlə, onun MMA karyerasında səkkiz qələbəsi, altı məğlubiyyəti var.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR