Azərbaycanlı idmançı sambo üzrə ABŞ çempionu olub

2-06-2021, 16:22 191 dəfə baxılıb

ABŞ-da yaşayan həmyerlimiz Orxan İsmətzadə Şimali Karolina ştatının Qrinsboro şəhərində sambo üzrə keçirilən ölkə çempionatının qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, idmançı həmyerlimiz 98 kq çəki dərəcəsində qızıl medal qazanaraq çempion tituluna layiq görülüb. Onun cempionatdakı rəqibləri Boston, Nyu-Cersi və Şimali Karolina ştatlarının təmsilçiləri olub.

Qeyd edək ki, Orxan İsmətzadə uşaqlıqdan idmanın sambo növü ilə məşğul olur. Ölkəmizdə keçirilən respublika turnirlərində qızıl və gümüş medallara layiq görülüb. 2018-ci ildən ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaşayan soydaşımız bu ölkədə təşkil edilən bir sıra beynəlxalq yarışlarda iştirak edib və Universal döyüşdə dünya üzrə ikinci yeri tutub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR