Qattuzo istefa verir – debüt etmədən
"Fiorentina” baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis yenicə anlaşdığı Florensiya klubunu debüt etmədən tərk edəcək.
43 yaşlı mütəxəssis transfer məsələlərində rəhbərliklə fikir ayrılığına düşüb və bunun istefaya səbəb olacağı bildirilir. A seriyası təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.