Serxio Ramos Makqreqorun dəvətini qəbul etmədi

10-07-2021, 17:43 184 dəfə baxılıb

Serxio Ramos Makqreqorun dəvətini qəbul etmədiPSJ-nin yeni transferi Serxio Ramos tanınmış UFC döyüşçüsü Konor Makqreqorun dəvətini rədd edib.

Fanat.Az "Dailyadvent"ə istinadən xəbər verir ki, irlandiyalı döyüşçü ispan futbolçuya pulsuz biletlər yollamağı təklif edib. Lakin başı transfer işlərinə qarışan Serxio Konora "yox" deyib.

Makqreqorun sözlərinə görə, "Ramos üçün bilet hazırlamışdıq. Bu gün mənə yazdı ki, yeni bir klubla müqavilə imzaladığı üçün məşğuldur. Bu səbəbdən döyüşlərini izləyə bilməyəcək".

Qeyd edək ki, "Real Madrid"dən ayrılan 35 yaşlı müdafiəçi Fransanın PSJ klubu ilə müqaviləyə imza atıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR