“Real” Zidanın dövründə ilk dəfə məğlub oldu

28-02-2016, 13:25 751 dəfə baxılıb

“Real” Zidanın dövründə ilk dəfə məğlub oldu















Qolla hücumçu Antuan Qrizmann fərqlənib

“Real” futbol klubu yeni baş məşqçi Zinəddin Zidanın dövründə İspaniya çempionatının 26-cı turunda öz yerində “Atletiko”ya məğlub olaraq, ilk dəfə uduzub.

“Santyaqo Bernabeu” stadionunda keçirilən oyun qonaqların xeyrinə 1:0 hesabı ilə başa çatıb.

Qolla hücumçu Antuan Qrizmann (53-cü dəqiqə) fərqlənib. Buna qədər 24 yaşlı futbolçu dalbadal beş oyun qol vurmamışdı.

Zidan cari ilin 24 yanvarında “Real”ın baş məşqçisi təyin olunub. Bu vəzifədə 43 yaşlı mütəxəssis qeyri-qənaətbəxş nəticələrə görə tutduğu vəzifədən azad edilmiş ispan Rafael Benitası əvəz edib.

Zidanın məşqçiliyi dövründə “Real” İspaniya çempionatında yeddi, Çempionlar liqasında isə bir görüş keçirib. Bu zaman Madrid klubu 6 oyunda qələbə çalıb və iki oyunu heç-heçə başa vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR