Cüdoçularımız 8 medal qazandılar

6-03-2016, 10:40 722 dəfə baxılıb

Cüdoçularımız 8 medal qazandılar












İdmançılarımız aktivlərinə 4 qızıl medal yazdırıblar

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına start verilib.

Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Ölkəmizi təmsil edən Rövşən Əliyev (50 kq), Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şahanə Hacıyeva (44 kq) qızıl, Raşxan Baxışəliyev (50 kq) və Yaqub Cavadov (60 kq) gümüş, Fərid Qəzənfərov (50 kq) və Yaşar Nəcəfov (55 kq) isə bürünc medal qazanıblar.

Elvin Mirzəyev (60 kq), Knyaz Mahmudlu (66 kq) və Fəridə Səfərova (52 kq) 5-ci yerlə kifayətlənməli olublar.

Mehdi Zeynalov (50 kq) isə 7-ci olub.

Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivinə 8 medal (4 qızıl, 2 gümüş və 2 bürünc) yazdıraraq komanda hesabında birinci yerdə gedirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR