“Sevilya” ardıcıl üçüncü dəfə Avropa Liqasının qalibi oldu

19-05-2016, 10:04 739 dəfə baxılıb

“Sevilya” ardıcıl üçüncü dəfə Avropa Liqasının qalibi oldu














Koke dubla imza atıb

İspaniyanın “Sevilya” klubu Avropa Liqasının finalında İngiltərənin “Liverpul”unu məğlub edib.

İsveçrənin Bazel şəhərində “Sankt-Yakob Parks” stadionunda keçirilən matç ispanların 3:1 hesablı qələbəsi ilə bitib.

Hesabı 10-cu dəqiqədə mersesaydlılar açıb. Daniel Starric fərqlənib.

Lakin ikinci hissə tamamilə İspaniya təmsilçisinin üstünlüyü ilə keçib. İkinci 45 dəqiqə başlayan kimi Qameyro matçda status-kvonu bərpa edib.

Daha sonra kapitan Kokenin iki qolu (64 və 69-cu dəqiqələr) artıq qalibiyyətə şübhə yeri qoymayıb.

Bunula da “Sevilya” ardıcıl olaraq üçüncü dəfə Avropa Liqasınının qalibi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR