Renato Sançez Avropa çempionatının ən yaxşı gənc futbolçusu sayıldı

11-07-2016, 09:50 560 dəfə baxılıb

Renato Sançez Avropa çempionatının ən yaxşı gənc futbolçusu sayıldı











O, SOCAR-ın mükafatına layiq görülüb

Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renato Sançez 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçusu sayılıb.

Report xəbər verir ki, Sançez SOCAR-ın təsis etdiyi müvafiq mükafata layiq görülüb.

O, Avropa çempionatlarının final oyunlarının ən gənc iştirakçısı olub. Fransa ilə həlledici qarşılaşmaya portuqaliyalı istedad 18 yaş 327 günündə ikən çıxıb.

Əvvəlki nailiyyət Kriştianu Ronalduya (“Avro-2004”, 19 yaş 150 gün) məxsus olub. Siyahıda 3-cü yeri isə keçmiş SSRİ yığmasının hücumçusu Anatoli Baydaçnı (“Avro-1972”, 19 yaş 261 gün) tutur. Beləliklə, Sançez tarixdə Avropa çempionu titulunun ən gənc sahibinə çevrilib.

SOCAR mükafatı 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.

Qeyd edək ki, Portuqaliya millisi finalda Fransaya əlavə vaxtda vurduğu qolla qalib gəlib - 1:0.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR