Qrizmann Kurtuanın cavabını verdi

14-07-2018, 13:00 358 dəfə baxılıb

Qrizmann Kurtuanın cavabını verdi

Antuan Qrizmann Belçika millisinin qapıçısı Tibo Kurtuanın Fransa yığması ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

"Atletiko"da çıxış edən futbolçu da öz növbəsində Kurtuaya söz atıb:

"Bəlkə Tibo Kurtua hesab edir ki, "Çelsi" "Barselona" kimi futbol oynayır? Mənim üçün vacib olan bu deyil. Mən sadəcə, dünya kubokunu qazanmaq istəyirəm. Hər şey bu qədər sadədir".

Qeyd edək ki, Belçika dünya çempionatının yarımfinal mərhələsində məhz fransızlara uduzmuşdu. Oyundan sonra danışan Kurtua Fransanın bütün komanda ilə müdafiə oldunduğunu və antifutbol oynadığını bildirmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR