“Real”ın futbolçusunu həbs gözləyir

23-09-2018, 12:06 432 dəfə baxılıb

“Real”ın futbolçusunu həbs gözləyir



"Real”ın və Xorvatiya millisinin futbolçusu Luka Modriçə həbs cəzası kəsilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin məhkəməsi vergidən yayındığına görə 33 yaşlı yarımmüdafiəçiyə 8 aylıq həbs cəzası verib.

İspaniya qanunlarına əsasən, oyunçu həbs cəzasını pul ödəməklə əvəzləyə bilər. Beləliklə, o, İspaniya hökümətiylə əldə etdiyi razılığa əsasən, 60 min avro ödəməklə həbs cəzası çəkməkdən azad olunacaq.

Xorvat futbolçu bundan əvvəl də İspaniya hökumətinə vergidən yayındığına görə 1 milyon 200 min avro cərimə ödəmişdi.

İspaniya höküməti daha əvvəl vergi borcuna görə Lionel Messi, Kriştiano Ronaldo, Marselo və portuqaliyalı məşqçi Joze Mourinyonu da cərimələyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR