"Keşlə" Milinkoviçi göndərib Tərlan Əhmədovu gətirir?

19-10-2018, 13:17 371 dəfə baxılıb

"Keşlə" Milinkoviçi göndərib Tərlan Əhmədovu gətirir?

“Keşlə” klubunda baş məşqçi ilə bağlı növbəti problem yaranıb.

Faktor.az xəbər verir ki, artıq mediada hazırkı baş məşqçi, hələ bu yay Yuri Maksimovun yerinə gətirilən Mladen Milinkoviçin istefaya göndəriləcəyi bildirilib. Buna klubun Topaz Premyer Liqada uğursuz çıxışı səbəb göstərilir.

Qeyd edək ki, komanda 6 oyundan 2 xalla turnir cədvəlində sonuncu yeri tutur. Bu həftə öz meydanında “Zirə”ni qəbul edəcək “Keşlə”nin qalib gələ bilməyəcəyi təqdirdə, serb mütəxəssislə yolları ayıracağı bildirilir.

Bu arada “Futbolpress” yazıb ki, “Keşlə”də klubdaxili ab-hava yüksək deyil. Nəticələr rəhbərliyi narazı salıb və komandanın TPL-də sonuncu olması mövsümün əvvəlində gətirilən Mladen Milinkoviçin stolunu laxladıb. Serb mütəxəssis özü də qalmaqda ciddi maraq göstərmir.

Belə bir məqamda komandaya yeni baş məşqçi gətirilməsi müzakirə olunub. "Keşlə" rəhbərliyi bu vəzifəyə Tərlan Əhmədovu gətirmək niyyətindədir. Artıq müzakirələr gedib və onun namizədliyi üzərində dayanılıb. Təcrübəli mütəxəssisin özünün buna necə yanaşdığı barədə hələlik məlumat yoxdur.

Son olaraq "Neftçi"ni çalışdıran Tərlan Əhmədov ötən mövsüm bitdikdən sonra komandadan ayrılıb. Əhmədovun başa çatan müqaviləsi yenilənməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR