Konor Makqreqor boksa geri dönəcək

6-12-2018, 10:44 560 dəfə baxılıb

Konor Makqreqor boksa geri dönəcək

İrlandiyalı məşhur idmançı Konor Makqreqor hazırda özünün viski markasının inkişafı və satışı ilə məşğuldur.

Konor fanatları ilə sosial şəbəkələrdə idman karyerası haqqında müzakirə aparıb. O deyib ki, 2019-cu ildə viskini ABŞ və Avstraliyaya ixrac edəcək. Eyni zamanda 2019-cu ildə o yenidən MMA-ya və boksa geri dönəcək. Bir sözlə idmançı iki idman növü ilə eyni zamanda məşğul olacaq.

Qeyd edək ki, qaydasız döyüş üzrə 7 oktyabrda keçirilən yarışda Konor Makqreqor Həbib Nurməhəmmədova uduzub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR