"Arsenal" Özili satır - Qiymət açıqlandı

10-12-2018, 11:47 353 dəfə baxılıb

"Arsenal" Özili satır - Qiymət açıqlandı


"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Arsenal” Mesut Özillə yollarını ayırır.

Qol.az-ın "Daily Express” nəşrinə istinadən yaydığı xəbərə görə, London klubu türk əsilli alman yarımmüdafiəçini qış transfer pəncərəsində satmağa hazırdır. Artıq 30 yaşlı futbolçunun transfer məbləği də müəyyənləşib. "Topçular” Özilə 28 milyon avro qiymət qoyublar.

Qeyd edək ki, "Arsenal” rəhbərliyi Özili baş məşqçi ilə mübasibətləri yaxşı olmadığı üçün transferə çıxarmağa hazırlaşır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR