DÇ-2020: millimizin rəqibləri bəlli oldu

13-12-2018, 13:01 374 dəfə baxılıb

DÇ-2020: millimizin rəqibləri bəlli oldu



Final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Əsas mərhələdən mübarizəyə başlayacaq Azərbaycan milli komandası üçüncü qrupda Slovakiya, ilkin mərhələnin “H” qrupunun qalibi və “G” qrupunda ikinci yeri tutacaq komandalarla qarşılaşacaq.

İlkin mərhələnin “H” qrupunda Finlandiya, Moldova, Uels və Şimali İrlandiya, “G” qrupunda Hollandiya, Monteneqro, Bolqarıstan və Estoniya milliləri yer alıblar.

Qeyd edək ki, millimizin yer aldığı üçüncü qrupun oyunları 2019-cu il oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR