UEFA sanksiya hazırlayır: Ya Neymar, ya da Mbappe satılacaq

25-12-2018, 16:30 432 dəfə baxılıb

UEFA sanksiya hazırlayır: Ya Neymar, ya da Mbappe satılacaq


PSJ klubu sanksiya ilə üzləşə bilər.

UEFA bununla bağlı araşdırmalarını davam etdirir.

Fransa çempionu cəzanın qarşısını almaq üçün növbəti mövsümün startına qədər oyunçu satışından ən azı 170 milyon avro qazanc əldə etməlidir. Rəhbərlik isə çıxış yolunu iki aparıcı futbolçusundan birini - Neymar və ya Kilian Mbappeni satmaqda görür. Parislilər bu üzdən yayda adıçəkilən hücumçular üçün gələcək təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Kilian Mbappe "Monako"-dan 180, Neymar isə "Barselona"dan 222 milyon avroya alınıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR