Tayson Füri ilə revanş Las-Veqasda keçirilə bilər

24-01-2019, 12:12 426 dəfə baxılıb

Tayson Füri ilə revanş Las-Veqasda keçirilə bilər


Dünya Boks Şurasının (WBC) versiyasında ağır çəkidə dünya çempionu Diontey Uaylder Entoni Joşua ilə döyüşlə bağlı heç bir məlumatının olmadığını deyib.

, Uaylder promouter Eddi Hirnin təklifləri ilə haqqında heç nə eşitmədiyini bildirib: "Çox məşğulam. Doğrudan da heç nə eşitməmişəm. Bizim nə istədiyimizi onlar yaxşı bilirlər. Nə vaxt bizi maraqlandıran təkliflər edəcəklər, o zaman biz cavab verəcəyik”.

Dünya çempionu Uaylder Tayson Füri ilə revanşı barədə də danışıb. "Füri ilə revanş? Əlbəttə, indi işlər yaxşı gedir. Göründüyü kimi revanş olacaq. Artıq təlimlərə başlamaq üçün hazıram. Dəqiq tarix olmasa da, döyüşün mayda baş tutacağını düşünürəm. Biz bu işə canımızı və həyatımızı qoyuruq. Şübhəsiz, işimizin yaxşı mükafatlandırılmasını istəyirik. Bəs bizə ən çox pulu harada təklif edəcəklər? Əlbəttə Amerikada. Böyük ehtimalla revanş Las-Veqasda baş tutacaq”, - deyə D. Uaylder vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR