Messi "Real Madrid"lə matçda iştirakı barədə özü qərar verəcək

6-02-2019, 09:40 408 dəfə baxılıb

Messi "Real Madrid"lə matçda iştirakı barədə özü qərar verəcək

"Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya Kubokunun fevralın 6-da keçiriləcək birinci yarımfinal oyununda "Real"a qarşı oynaya bilər.

Bu barədə "Mundo Deportivo" nəşri yazıb.

Mənbənin məlumatına görə, futbolçunun zədəsi yoxdur, lakin əzələ sıxılması var. Bununla əlaqədar olaraq, forvard "Real" ilə oyunda iştirak barədə qərarı özü qəbul edəcək. Argentinalı futbolçu bu gün qrup məşqində iştirak edib.

Messi İspaniya çempionatının 22-ci turunda "Valensiya" ilə oyunda (2:2) zədə alıb.

"Barselona" - "Real" matçı "Kamp Nou" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlaycaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR