2019-cu ilin transfer bombası kim olacaq? - 3 ulduz..

1-03-2019, 14:01 386 dəfə baxılıb

2019-cu ilin transfer bombası kim olacaq? - 3 ulduz..

Yayda Kriştiano Ronaldonu "Yuventus"a satdıqdan sonra heyətinə onun səviyyəsində futbolçu qatmayan "Real"ın mövsüm başa çatdıqdan səs-küylü transferlər edəcəyi gözlənilir.

Komandaya dünya səviyyəli bir ulduz gətirmək niyyətində olan rəhbərliyin hədəfində 3 futbolçu var. "Real" onlardan ən azı birini yayda heyətinə cəlb etməyə çalışacaq.

"Kral Klubu"nun hədəfindəki ulduzların kimliyinə gəlincə, bunlar PSJ-dən Neymar və Klian Mbappe, "Çelsi"dən isə Eden Hazardı. Bu futbolçuların adı uzun müddətdi "Real"la yanaşı çəkilir. Klub rəhbərliyinin Mbappenin transferini digərlərdən daha çox istədiyi bildirilir.

Neymar və ya Mbappenin transferi baş tutsa, bu yeni rekord olacaq. Hazırd rekord Neymara məxsusdu. Braziliyalı "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.

Hazardın transferinin isə 100-120 milyon avro aralığında reallaşmaq ehtimalı var.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR