Maliyyə Nazirliyinin milyonlarını havaya sovuran şirkət... - İTTİHAM

10-05-2019, 10:14 249 dəfə baxılıb

Maliyyə Nazirliyinin milyonlarını havaya sovuran şirkət... - İTTİHAM

Adi bir proqram təminatı hazırlamaqla hökumətdən hər il milyonlarla vəsaiti necə əldə etmək olar ?

Son zamanlar tenderlərdəki qanunsuzluqlar çoxalmağa başlayıb. Xüsusən də İT sahəsində daha xoşagəlməz vəziyyət var.

Heç yerdə adı olmayan bir İT şirkət 14 milyonluq tenderi uda bilir,

Başqa bir İT şirkət adı olub özü olmayan Nəqliyyatın İntellektual İdarəetmə Sistemi ilə bağlı 20 milyon udub.

Başqa bir İT şirkət ümumiyyətlə, tenderə qatıla bilməməsindən şikayətlənir. Digər İT şirkətlərin qanunsuz üsullarla tenderləri ələ keçirdiyini buldirir.

Məsələn, indi məlum olub ki hansısa İT şirkət Maliyyə Nazirliyini aldadaraq mühasibatyönümlü bir İT həll təqdim edib, lakin proqram təminatının ilkin kodlarını verməyib.

Və hökumət qurumunu özündən asılı vəziyyətə salaraq hər il Nazirlikdən yüzlərlə dövlət qurumunda olan bu proqrama xidmət edilməsi üçün milyonlarla vəsait "udur”. Nazirliyin isə, yalnız özü üçün deyil, bütövlükdə ölkə üçün, yüzlərlə dövlət qurumu üçün gərəkli olan bir İT məhsul üzərində hüquqları itirməsi, yumşaq desək, anlaşılmazdır.

Bu yaxınlarda elektron satınalmalarla bağlı qanunvericilik də təkmilləşdirilib.

Bununla bağlı yaradılan Portal isə deməzdim ki, təkmil olub. Əksinə xeyli problemləri var, axtarış sistemi effektiv deyil, ictimai nəzarət üçün imkanlar yoxdur, infoqrafikalar təqdim olunmur və s.

Qəribədir ki, 3 dövlət qurumunun - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İqtisadiyyat Nazirliyinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə səyi ilə yaradılan Portal gözləntiləri doğrultmayıb.

Xatırlayıram ki, portalın təqdimatına və açılışına İİTKM ictimai qurumları və ekspertləri dəvət etməmişdi.

Əlbəttə, bu qurumlar deyə bilər ki, sifarişçi nə tələb edibsə, onu da yerinə yetiriblər. Sifarişçi də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti olub.

Düşünürəm ki, burada maraq toqquşmaları olub. Portalın təkmil olmasında maraqlı olmayanlar da ola bilərdi. Portalın strukturunu, ictimai nəzarət imkanlarının yaradılmasını adı çəkilən 3 qurum müəyyən etməliydi.

Düşünürəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini tamamilə yenidən formalaşdırmaq lazımdır.

Maliyyə-iqtisadi qurumların bu Dövlət Xidmətinə nəzarətini yetərli hesab etmək olmaz.

Bir anda on milyonlarla vəsait vermək səlahiyyətinə malik olan qurumun, fikrimcə, birbaşa Prezidentə tabe edilməsi, rəhbərinin də Prezident tərəfindən təyin edilməsi daha doğru olardı. Onun rəhbərinin səlahiyyətlərini və müstəqilliyini artırmaq, əmək haqqını dəfələrlə artırmaq, ona mühafizə ayırmaq daha doğru olardı.

Hansı ki, indiki anda görünür ki onun hər hansı təsir imkanları yoxdur.
Osman GÜNDÜZ,
İnformasiya Texnologiyaları (İT) üzrə ekspert
Mia.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR