İqtisadçıdan hakimiyyətə açıq sual: “Niyə biz başqalarından pis yaşayırıq?”

26-05-2019, 19:31 300 dəfə baxılıb

İqtisadçıdan hakimiyyətə açıq sual: “Niyə biz başqalarından pis yaşayırıq?”

İqtisadçı Qubad İbadoğlu Azərbaycan hakimiyyətinə açıq suallar ünvanlayıb.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı bir neçə gün əvvəl açıqladığı MDB Statistika Komitəsinin rəsmi məlumata hökumətdən cavab istəyib. O, bildirib ki, aprelin 1-ə olan məlumata görə, orta aylıq nominal əmək haqqı Azərbaycanda 338 dollar, Ermənistanda 364 dollar, Ukraynada 390, Gürcüstanda 398 dollar, Qazaxıstanda 444 dollar, Belarusda 471 dollar, Rusiyada 695 dollardır. İqtisadçı regionun lider dövləti adlandırılan Azərbaycanda əməkhaqlarının aşağı olmasına izahat tələb edib.

“2005-ci ildə Ermənistanda orta aylıq əmək haqqı (114 dollar) Azərbaycandan 17 dollar az olduğu halda nədən bu ilin aprel ayının 1-ə olan məlumata görə Ermənistanda orta aylıq əmək haqqı (364 dollar) Azərbaycandan 26 dollar çoxdur?

Son 15 ildə əldə olunan 150 milyard dollarlıq neft pulundan, 250 milyard dollarlıq sərmayədən orta azərbaycanlı niyə faydalana bilməyib? Bu qədər sərvəti və gəliri olan Azərbaycanda orta aylıq əmək haqqı (338 dollar) nədən Ermənistandan (26 dollar), Ukraynadan (52 dollar), Gürcüstandan (60 dollar), Qazaxıstandan (106 dollar), Belarusdan (133 dollar), Rusiyadan (357 dollar) azdır?

Nəzərə alın ki, bütün bu rəqəmlər rəsmi statistikanın məlumatlarıdır. Eyni zamanda mən bununla iddia etmirəm ki, niyə ermənilər bizdən yaxşı yaşayır, mən sadəcə soruşmaq istəyirəm ki, niyə biz başqalarından pis yaşayırıq. Rəsmilər buna izahat versinlər, odur ki, prezidentlə, 1-ci vitse-prezidentlə, parlamentin spikeri, baş nazir, iqtisadiyyat naziri, əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşmək imkanı olan jurnalistlərdən də xahiş edirəm bu sualı onlara ünvanlasınlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR