Ötən ay bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA

3-07-2019, 16:04 317 dəfə baxılıb

Ötən ay bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA


Cari ilin iyun ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə yenidən baxılıb, bir bank isə qızıl-ziynət əşyalarının girovu ilə kreditləşməyə start verib.

“Report”un araşdırmasına əsasən, ötən ay “Rabitə Bank”da nağd kreditlər üzrə faiz dərəcələri 22%-dən 24%-ə, “Expressbank”da kiçik və orta sahibkarlıq üçün kredit dərəcələri 14%-dən 15%-ə çatdırılıb, “UniBank”da mikro kreditlər üzrə dərəcələr 20%-dən 17%-ə endirilib. Hesabat ayında “NBC Bank” lombard kreditləşməsinə başlayıb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi "AFB Bank"da, ən yüksək – “UniBank”dadır.

Avtomobil kreditləri - NBC Bank Xalq Bank

Təmir kreditləri – Bank Nikoil Xalq Bank, Accessbank

Lombard kreditləri – AmrahBank Mugan Bank

İpoteka Kreditləri – Turanbank Accessbank

Təhsil kreditləri – Xalq Bank Bank Respublika, Turanbank

Təqaüd kreditləri – Turanbank, Melli İran Bankı Azərbaycan Beynəlxalq Bankı

Mikro kreditlər - Bank Respublika Bank of Baku

Kiçik və orta biznes kreditləri - AG Bank AFB Bank

Agro kreditlər - Naxcivanbank Bank of Baku


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR