Azərbaycanda dollar üçün azı 6 ay...

28-08-2019, 12:14 311 dəfə baxılıb

Azərbaycanda dollar üçün azı 6 ay...

Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini gözlənilməz şəkildə artırıb.

Artım 37 qəpik olub. Bununla yanaşı avroda artım 77 qəpik olub.

Qeyd edək ki, avqustun 27-dən etibarən Rusiyada dollar 65, 9735, avro isə 73, 3955 rubla satılacaq.

Görəsən, dolların bahalaşması manatın məzənnəsinin aşağı düşməsinə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Azərbaycan Respublikası Mərkəzi Bankı bilərək dolların məzənnəsini artırmayacağını və yaxın 6 ay ərzində dolların məzənnəsində dəyişikliyin müşahidə edilməyəcəyini diqqətə çatdırıb.

Ekspert manatın məzənnəsinə gəldikdə isə onun inzibati yolla tənzimlənəcəyini bildirib:



“Əgər bizdə manatın məzənnəsini bazar iqtisadiyyatının qaydaları müəyyən etsəydi, əlbəttə ki, manatın məzənnəsi düşər və dollar bahalaşa bilərdi. Lakin bizdə manatın məzənnəsi inzibati yolla müəyyən olunur. Bunu Mərkəzi Bank edir. Ona görə də dünyada dollar ucuzlaşanda da, bahalaşanda da bizdə heç bir dəyişiklik olmur. Ucuzlaşan zaman Dövlət Neft Fondu və Mərkəzi Bank bazara az da olsa, dollar çıxarırlar.

Bahalaşdıqda isə onlar valyuta ehtiyatlarından istifadə edirlər ki, Azərbaycanın bu gün kifayət qədər valyuta ehtiyatı var. Buna görə də elə inzibati yolla manatı sabit saxlayacaqlar.

Hazırda dünyada neftin qiymətinin düşməsi də, ABŞ-la Çin arasında “ticarət müharibəsi” də manat üçün təhlükə törətmir. Dolların qiymətində də artma və ya azalma yaxın 6 ay ərzində gözlənilmir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR