Neft erası bitəcək: Yerini nə tutacaq?

17-09-2019, 14:08 293 dəfə baxılıb


Neft erası bitəcək: Yerini nə tutacaq?
Rusiya EA-nın İqtisadiyyat İnstitutu qlobal miqyasda neftə tələbatın gələcəyi ilə bağlı analiz hazırlayıb.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev 2004-2017-ci illərdə dünyanın enerji istehlakında neftin payı 2.5% azalaraq 34.2%-ə endiyini deyib:

“Əvəzində bərpa olunan enerji növlərinin xüsusi çəkisi 0.7%-dən 3.6%-ə yüksəlib. Amma daha diqqəti çəkən məqam enerji növləri üzrə istehlakın artım templəri arasında müşahidə edilən kəskin fərqlərdir. 2004-2017-cü illərdə neft istehlakının həcmi hər il orta hesabla 0.5% artdığı halda, bərpa olunan enerji üzrə bu artım 4% ətrafında olub. 2004-2013-cü illərdə kömür istehlakının orta illik artım tempi 0.5%-i ötsə də, 2013-2017-ci illərdə 0.3%-ə yaxın azalama müşahidə edilib. Proses ləng getsə də, qlobal enerji istehlakının gələcəyin yönünü çox aydın göstərir. Məşhur ifadədə deyildiyi kimi, neft bitməyəcək, amma neft erası bitəcək. Amma bu dəfə kömür və odun kimi bir təbiət məhsulunun yerinin başqası (neft, qaz) tutmayacaq. Zəkanın məhsulları - külək, günəş, digər bərpaolunan enerji növləri əvəzediciyə çevrilir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR